Bank Of Baku

Azərbaycanın səhiyyə naziri: “Bakıdakı bina uçqunu ilə bağlı 5 xəsarət alan var”

Azərbaycanın səhiyyə naziri: “Bakıdakı bina uçqunu ilə bağlı 5 xəsarət alan var”
# 29 avqust 2007 11:19 (UTC +04:00)
APA-nın xəstəxanada olan əməkdaşının məlumatına görə, bunlar Vüqar Əfəndiyev, Rauf Əliyev, Əvəz Axundov və Ramin Həsənovdur. V. Əfəndiyev qarın boşluğunun küt travması, R. Əliyev mədə zədəsi, Ə. Axundov, R. Həsənov isə bədənin müxtəlif yerlərinin əzilməsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlara səhiyyə naziri Oqtay Şirəliyev baş çəkib. Xəsarət alanlarla görüşdən sonra jurnalistlərə açıqlama verən nazir bildirib ki, hadisə nəticəsində hazırda 5 nəfər xəsarət alan var, onlardan 4-ü KTB-də, 1 nəfər İbrahim İbrahimov isə Travmatologiya və Ortopediya Mərkəzindədir. Xəstələrdən 3-nün vəziyyəti orta, 2-nin vəziyyəti ilə yüngüldür. O. Şirəliyev onların müalicəsi üçün bütün zəruri tədbirlərin görüldüyünü vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR