Bank Of Baku

FHN rəsmisi: “Sakinləri evakuasiya olunan binalarda təkrar yaşayışın mümkünlüyü barədə rəyi tikinti ekspertizası verəcək”

FHN rəsmisi: “Sakinləri evakuasiya olunan binalarda təkrar yaşayışın mümkünlüyü barədə rəyi tikinti ekspertizası verəcək”
# 29 avqust 2007 11:30 (UTC +04:00)
K. Bağırov hazırda uçqun altında qalan insanların xilasetmə işlərinin davam etdiyini bildirib: “Uçqun altında sağ insanlar var. Onların xilas edilməsi üçün hazırda tədbirlər görülür. Sağ qalanlarla danışıq əlaqəsi var. Xilasedicilər ən müasir avadanlıqlardan istifadə edərək onların xilas edilməsini həyata keçirirlər”. Uçun altında nə qədər adamın qalmasının araşdırıldığını deyən K. Bağırov qeyd edib ki, əməliyyatlar ən sonuncu adam xilas edənə qədər davam etdiriləcək. K. Bağırov onu da bildirib ki, hazırda müfəttişlik tərəfindən uçan binanın ətrafındakı binaların qəza vəziyyətdə olub-olmamasını müəyyənləşdirir: “Hazırda həmin binada yaşayış yoxdur. İnsanlar evakuasiya olunub. Son nəticə olaraq qərar qəbul olunacaq. Həmin binalarda yaşayışın mümkün olub-olmaması barədə son rəyi tikinti ekspertizası verəcək”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR