Bank Of Baku

Azərbaycan paytaxtında binanın uçması nəticəsində ölən Ərçivan kənd sakinlərinin cənazələri doğulduqları kəndə çatdırılıb

Azərbaycan paytaxtında binanın uçması nəticəsində ölən Ərçivan kənd sakinlərinin cənazələri doğulduqları kəndə çatdırılıb
# 29 avqust 2007 13:45 (UTC +04:00)
APA-nın cənub bürosunun hazırda Ərçivanda olan əməkdaşının verdiyi məlumata görə, qəza zamanı ölən 3 nəfər - 1981-ci il təvəllüdlü Emil Seyfulla oğlu İbrahimov, 1968-ci il təvəllüdlü Arif Məhərrəm oğlu Feyziyev və 1977-ci il təvəllüdlü Habil Məhərrəm oğlu Feyziyevdir. Sonuncu iki şəxs qardaşdır, onların hər ikisi evli olub və hər birinin 2 övladı qalıb. E. İbrahimov isə nişanlı olub, sentyabrın 7-də toyu olmalı imiş. Astara rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin sərəncamı ilə dəfn mərasiminə hazırlıq işləri görülüb. M. Quliyev başda olmaqla Astara rayon rəhbərliyi hazırda Ərçivandadır.
Uçan binanın tikintisində işləyən və hadisənin şahidi olan Ərçivan sakinləri də həlak olan həmkəndlilərinin dəfnində iştirak etmək üçün Astaraya gediblər. Onlar APA-nın cənub bürosuna açıqlamalarında bildiriblər ki, “Mütəfəkkir” MTK tərəfindən inşa olunan binanın tikintisində Ərçivan kəndinin 20-dək sakini işləyib. Fəhlələr etiraf ediblər ki, binanın tikintisi zamanı heç bir texniki standartlara və təhlükəsizlik qaydalarına riayət olunmayıb: “Biz bu tikintidə həm işləyir, həm də kirayə pulu verməmək üçün onun zirzəmisində gecələyirdik. Bizim gümanlarımıza görə, hazırda zirzəmidə 5 həmkəndlimiz var. Bundan başqa, yaralılardan 1986-cı il təvəllüdlü Ramin Fərman oğlu Nəzərov və 1983-cü il təvəllüdlü Əvəzxan Bəşirağa oğlu Axundov da Ərçivan sakinləridir. Onların hər ikisi subaydır”.
Qeyd edək ki, bir azdan Ərçivan kəndində Emil İbrahimovun, Arif və Habil Feyziyevlərin dəfn mərasimi keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR