Bank Of Baku

Nailə və Reyhanə Məcidovaların qətlində təqsirləndirilərək həbs olunan Təvəkkül və Elnur İsmayılovlar Bakıdan Dəvəçiyə aparılıb

Nailə və Reyhanə Məcidovaların qətlində təqsirləndirilərək həbs olunan Təvəkkül və Elnur İsmayılovlar Bakıdan Dəvəçiyə aparılıb
# 29 avqust 2007 15:31 (UTC +04:00)
Dəvəçi Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Zakir Saatovun başçılığı və təqsirləndirilənlərin iştirakı ilə istintaq tədbiri keçirilib. Tədbir videokamera ilə çəkilib. İsmayılov qardaşları hadisə yerinə aparılıb, Məcidova bacılarının böyürtkən yığdığı yerdən başlayaraq Samur-Abşeron kanalına qədər olan əraziyə baxış keçirilib. Təvəkkül İsmayılov Nailə və Reyhanə Məcidovaları öldürdükdən sonra Samur-Abşeron kanalına atdığını bir daha təkrarlayıb. Hazırda Təvəkkül və Elnur İsmayılovlar Dəvəçi Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılır.
Nailə və Reyhanə Məcidovaların atası Zamir Məcidov APA-nın şimal bürosuna bildirib ki, bu gün həyat yoldaşı Nəzakət xanımla birlikdə istintaq qrupunun rəhbəri Zakir Saatovun yanına dəvət edilib. Z. Saatov istintaqı maraqlandıran suallara valideynlərdən cavab alıb, həmçinin onlara cinayət işinin gedişi ilə bağlı mümkün olan səviyyədə məlumat verib.
Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. Nailə və Reyhanə Məcidovaların qətli ilə bağlı saxlanmış Dəvəçinin Qələgah kəndinin sakini Təvəkkül İsmayılov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə araşdırma davam edir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR