Bank Of Baku

Bakının mərkəzində hündür mərtəbəli binanın uçması ilə əlaqədar bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iclas keçirilib

Bakının mərkəzində hündür mərtəbəli binanın uçması ilə əlaqədar bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iclas keçirilib
# 29 avqust 2007 15:32 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü APA-ya açıqlamasında deyib ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov onun rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı ciddi iradlarını bildirib. Nazir yalnız tikintidə deyil, istehsalatın digər sahələrində də əmək təhlükəsizliyinə düzgün əməl edilmədiyini, təhlükəsiz əmək şəraitinin yaradılması üçün lazımi səy göstərilmədiyini vurğulayıb. N. Şükürlünün sözlərinə görə, sentyabrdan başlayaraq, tikinti və istehsalatın digər sahələrində aparacaqları araşdırmaları zamanı daha sərt olub, nöqsanı olan idarə və müəssisə rəhbərlərinin qanunvericiliyin tələblərinə uyğun məsuliyyətə cəlb olunması üçün qəti tədbirlər görülmələri barədə tapşırıq aldıqlarını da söyləyib: “Əgər müəssisələr onlara verilən icrası məcburi olan göstərişləri vaxtında yerinə yetirməyib, əvvəlki kimi fəaliyyət göstərsələr, o zaman bu təşkilatlarla bağlı qəti ölçü götürüləcək, bu barədə məlumatlar hüquq-mühafizə orqanlarına və müvafiq dövlət orqanlarına təqdim ediləcək, onların məsuliyyət cəlb edilməsi məsələsi qaldırılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR