Bank Of Baku

Eldar Əzizov Gəncədə çoxmərtəbəli binaların tikintisinin dayandırılması haqqında sərəncam imzalayıb

Eldar Əzizov Gəncədə çoxmərtəbəli binaların tikintisinin dayandırılması haqqında sərəncam imzalayıb
# 29 avqust 2007 15:57 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, sərəncama əsasən Gəncədə hündür mərtəbəli binaların tikintisi müvəqqəti dayandırılacaq və tikililərdə texniki göstəricilərin standartlara cavab verib-vermədiyi yoxlanılacaq. Yeni tikililərdə yoxlamaların aparılması üçün 7 nəfərdən ibarət xüsusi komissiya yaradılıb. Yaradılan komissiyaya Gəncə şəhər Layihə-Smeta İdarəsinin, Əmək Müfəttişliyinin və şəhər memarlıq şöbəsinin üzvləri daxil edilib. Qeyd edək ki, Bakıda çoxmərtəbəli binaların inşası davam edir. APA-nın apardığı araşdırmalar zamanı “Akkord”, “Qlobal” və “G.E.N.” tikinti şirkətlərinin tikintini dayandırmadığı məlum olub. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR