Bank Of Baku

Bakıda uçmuş binanın dağıntıları altından bir saat əvvəl çıxarılan Sakit Feyziyev xəstəxanada dünyasını dəyişib

Bakıda uçmuş binanın dağıntıları altından bir saat əvvəl çıxarılan Sakit Feyziyev xəstəxanada dünyasını dəyişib
# 29 avqust 2007 17:08 (UTC +04:00)
Bədəninin bütün nahiyələrindən zədə alan Sakit Feyziyevə ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Sakit Feyziyev saat 20.00 radələrində Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Qeyd edək ki, Astara rayonu Ərçivan kənd sakini, 1982-ci il təvəllüdlü Sakit Feyziyev uçmuş binanın dağıntıları altından çıxarılan 13-cü şəxsdir. İndiyədək dağıntılar altından çıxarılanlardan yalnız 4 nəfər sağdır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR