Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri: “Xilasetmə işləri sonuncu şəxs dağıntılar altından çıxarılana qədər davam etdiriləcək”

Azərbaycanın fövqəladə hallar naziri: “Xilasetmə işləri sonuncu şəxs dağıntılar altından çıxarılana qədər davam etdiriləcək”
# 29 avqust 2007 17:41 (UTC +04:00)
Cəsədlər həmin şəxslərin yaşadıqları rayonlara göndərilib. Onların dəfnini yerli icra orqanları təşkil edib”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Nazir prezident İlham Əliyevin hadisə ilə bağlı xüsusi sərəncam imzaladığını xatırladaraq, həmin sərəncamda ölənlərin və xəsarət alanların ailələrinə yardım edilməsi və hadisənin nəticələrinin dərhal aradan qaldırılmasının əksini tapdığını vurğulayıb. K. Heydərov dağıntılar altında qalanların sayı ilə bağlı bəzi KİV-də yanlış məlumatların verilməsi ilə razılaşmayıb: “Biz dağıntılar altında qalanların dəqiq sayını hələ müəyyənləşdirə bilməmişik. Bununla bağlı yalnız ehtimallar var. Müxtəlif rəqəmlər və şərhlər səsləndirərkən hadisədən zərər çəkənlərin yaxınlarını və qohumlarını da nəzərə almaq lazımdır. KİV hadisəni obyektiv işıqlandırmalı, qeyri-dəqiq məlumatlar və qərəzli şərhlər yaymaqdan çəkinməlidir. Çünki qeyri-dəqiq məlumatlar hadisədən zərər çəkənlərin yaxınlarının təşvişinə səbəb olur”. Nazir KİV nümayəndələrinin hadisənin baş verdiyi ərazinin mərkəzinə buraxılmamasını onların təhlükəsizliyinin təmin olunması ilə izah edib: “Biz jurnalistlərin xilasetmə işlərini yaxından izləmələrinə, video və foto çəkilişləri aparmalarına şərait yaradırıq. Amma jurnalistlərin və ya digər mülki şəxslərin hadisənin baş verdiyi əraziyə buraxılması onların həyatı üçün böyük təhlükədir. Jurnalistlərin ərazidən bir qədər kənarda saxlanılması məhz bununla bağlıdır”.
K. Heydərov dağıntılar altında qalan şəxslərin çıxarılması üçün xilasetmə işlərinin davam etdirildiyini söyləyib: “Xilasetmə işləri sonuncu şəxs dağıntılar altından çıxarılana qədər davam etdiriləcək. Fövqəladə Hallar Nazirliyi bu məqsədlə bütün qüvvələrini və texnikasını səfərbər edib”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR