Bank Of Baku

Ağstafada qaz doldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı 3-ə çatıb

Ağstafada qaz doldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı 3-ə çatıb
# 30 avqust 2007 07:30 (UTC +04:00)
Xəstəxanada müayinə olunan digər üç yaralıdan ikisinin vəziyyəti normaldır. Gecə saatlarında Bakıdan göndərilmiş xüsusi həkim briqadası yaralıları müayinə edib və vəziyyəti ağır olan Mikayılov Kamran Azad oğlunun (1988) Bakıya göndərilməsi barədə qərar qəbul edib. Yaralı bu gün xüsusi maşınla Bakıya gətiriləcək. Ağstafa rayon mərkəzi xəstəxanasında müayinə olunan digər iki yaralının vəziyyəti normaldır. Qazax rayon mərkəzi xəstəxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, burada müayinə olunan yaralılardan Qasımova Tamella Həmzə qızı (1946) səhər saatlarında dünyasını dəyişib. Burada olan digər yaralı Aşurov Seymur Nadir oğlunun (1986) vəziyyəti isə ağır olaraq qalır. Qeyd edək ki, dünən baş verən partlayışdan sonra ağır vəziyyətdə Qazax rayon xəstəxanasında gətirilən yaralılardan 1956-cı il təvəllüdlü Mahmudova Afina Qələndər qızı günorta saatlarında vəfat edib. Qeyd edək ki, bu gün saat 10:30 radələrində Ağstafa rayonunda yerləşən qaz doldurma məntəqəsində partlayış baş verib. Partlayış nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə maye qaz doldurma məntəqəsində kiçik həcmli qaz balonu doldurulan zaman baş verib. Ağır yanıq xəsarəti almış şəxslər Ağstafa və Qazax rayon xəstəxanalarına yerləşdirilib. Hadisənin təhlükəsizlik qaydalarına düzgün riayət olunmamağı səbəbindən baş verdiyi ehtimal edilir. Faktla əlaqədar Ağstafa rayon Polis İdarəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR