Bank Of Baku

Moskvada iki azərbaycanlı qətlə yetirilib - YENİLƏNİB 3

Moskvada iki azərbaycanlı qətlə yetirilib - <font color=#FF0000>YENİLƏNİB 3</font>
# 30 avqust 2007 08:37 (UTC +04:00)
Atəş nəticəsində soydaşlarımızdan biri hadisə yerində ölüb, digəri maşından çıxaraq qaçmaq istəsə də, açılan atəşlərdən yayına bilməyib. Hadisə yerindən “AKS-74” markalı avtomat silah, ona məxsus 10 giliz, “TT” markalı tapançanın sandıqçası götürülüb. Hazırda Moskva şəhər prokurorluğu hadisə yerində araşdırma aparır. Faktla bağlı Moskva şəhəri Şərq İnzibati Dairəsi Prokurorluğu tərəfindən “iki və daha artıq şəxsin qətlə yetirilməsi” maddəsi üzrə cinayət işi başlanıb. Soydaşlarımızın cəsədləri bu gecə Azərbaycana gətiriləcək və doğulduqları rayonlarda dəfn olunacaq. Qeyd edək ki, öldürülən Şöhrət Sarıyev Ucar rayonunun Qaracallı kəndində anadan olub, onun qardaşı Çingiz Sarıyev ötən il Moskvada naməlum şəxslər tərəfindən qətlə yetirilib. Qətl hadisəsi Jemçuqov xiyabanında 5 saylı evin qarşısında baş verib. “Kraysler” markalı avtomobilinə əyləşmək istəyən Çingiz Sarıyevə naməlum şəxs yaxınlaşıb və onun gicgahına atəş açıb. Həmyerlimiz hadisə yerində keçinib. 9 qardaş olan Sarıyevlər Azərbaycan diasporu arasında böyük nüfuza malik insanlar hesab olunur. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR