Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyi rəsmisi: “48 saatdır işləyirik, sağ qaldığı ehtimal olunanları xilas etmək üçün daha 24 saat şansımız var”

Azərbaycan Fövqəladə Hallar Nazirliyi rəsmisi: “48 saatdır işləyirik, sağ qaldığı ehtimal olunanları xilas etmək üçün daha 24 saat şansımız var”
# 30 avqust 2007 11:54 (UTC +04:00)
Onun sözlərinə görə, yalnız Astara rayonunun Ərçivan kənd sakini, 1982-ci il təvəllüdlü Sakit Feyziyevin xilas edilməsi üçün 8 saat 20 dəqiqə vaxt sərf olunub: “Təəssüf ki, xəsarətləri ağır olduğundan o, xəstəxanada vəfat etdi”. C. Qulamov qeyd edib ki, beynəlxalq təcrübə insanların bu cür vəziyyətdə 72 saat ərzində sağ qalma ehtimalının real olduğunu sübut edib: “Biz 48 saatdır işləyirik, qarşıda daha 24 saat şansımız var. İşimizi çətinləşdirən amillərdən biri də odur ki, dağıntılar altında qalanların dəqiq sayı bilinmir. Hadisə baş verən zaman yaxınlıqdan keçən insanların uçan binanın altında qalması istisna edilmir”. C. Qulamov xilasetmə işlərinin davam etdirilməsi üçün xarici ölkələrin köməyinə ehtiyac olmadığını vurğulayıb: “Azərbaycan Fövqəladə Hallar Nazirliyinin həm texnika, həm də canlı qüvvə sarıdan hər cür imkanı var. Əraziyə kifayət qədər texnika gətirilib”. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR