Bank Of Baku

Soyğunçuluqla məşğul olan narkoman yaxalanıb

Soyğunçuluqla məşğul olan narkoman yaxalanıb
# 30 avqust 2007 10:08 (UTC +04:00)
Soyğunçuluqla məşğul olan narkoman yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 29-da saat 00:15 radələrində Nərimanov rayonundakı F. Xoyski prospektində Bakı şəhər sakini Rövşən Qasımov Bakı şəhər sakini Könül Məmmədovaya məxsus aptekə daxil olaraq, bıçaqla ona hədə-qorxu gəlib. O, aptek sahibindən pul və tərkibində narkotik maddələr olan dərman preparatları tələb edib, lakin aptekin işçiləri tərəfindən tutulub. R. Qasımovdan 0,77 qram tiryək götürülüb. Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR