Bank Of Baku

Arif Həsənov: “Uçan binanın 9 bal gücündə zəlzələyə davamlı tikilməsi üçün 2004-cü ildə rəy vermişik”

Arif Həsənov: “Uçan binanın 9 bal gücündə zəlzələyə davamlı tikilməsi üçün 2004-cü ildə rəy vermişik”
# 30 avqust 2007 10:11 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Arif Həsənov deyib. Onun sözlərinə görə, mərkəz tikintinin hansı bal gücündə olan zəlzələyə davamlı inşa olunması ilə bağlı rəyini 25 noyabr 2000-ci ildən, Bakıda qeyd alınan son güclü zəlzələdən sonra bildirməyə başlayıb: “ Biz ərazini, süxurların tərkibini yoxlayırıq və son nəticəmizi açıqlayırıq ki, əgər Xəzər dənizində güclü zəlzələ olsa, konkret bu sahədə təkanlar hansı bal gücündə hiss oluna bilər. Bizim rəyimizdə binanın hansı bal gücündə təkanlara davamlı tikilməsi əks olunur”. A. Həsənov qeyd edib ki, “Mütəfəkkir” MTK-nın tikdiyi binanın da 9 bal gücündə zəlzələyə davamlı tikiləcəyi təqdirdə, orada hər hansı hadisə baş verməyəcəyinə dair rəy verib. A. Həsənov rəhbərlik etdiyi mərkəzin yalnız rəy verdiyini, binamın təkanlara davamlı tikilib-tikilməməsinin yoxlanılmasının onların səlahiyyətinə aid olmadığını da deyib. Onun sözlərinə görə, bu yoxlama ilə məşğul olmaq Nazirlər Kabineti yanında Dövlət Tikinti və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid olub. Belə ki, Nazirlər Kabineti tərəfindən
tərəfindən 2003-ü ildə təsdiq edilən qaydalara əsasən, Azərbaycanda, mühəndis tədqiqatı, layihə və tikinti standartları və qaydaları Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən tənzimlənir. Mövcud tikinti qaydalarına əsasən, tikinti-təmir işləri yalnız təsdiq edilmiş layihə sənədlərinə əsasən keçirilə bilər.
Qeyd edək ki, “Mütəffəkkir” MTK tərəfindən binanın inşasına 2002-ci ildə başlanılıb. Maraqlıdır ki, A. Həsənov binanın yeraltı təkanlara davamlılığı ilə bağlı rəyin 2004-cü ildə alındığını bildirib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR