Bank Of Baku

Azərbaycan paytaxtında binanın uçması nəticəsində itkin düşənlərin müəyyənləşdirilməsi üçün operativ qərargah yaradılıb

Azərbaycan paytaxtında binanın uçması nəticəsində itkin düşənlərin müəyyənləşdirilməsi üçün operativ qərargah yaradılıb
# 30 avqust 2007 10:27 (UTC +04:00)
Bakı şəhər prokuroru Əziz Seyidov APA-ya verdiyi açıqlamada bildirib ki, dağıntılar altında qaldığı güman olunan insanların qohumları operativ qərargaha dəvət olunur və onlardan müvafiq izahat alınır. İndiyə kimi beş nəfərdən belə izahat alınıb. Əziz Seyidov itkin düşənlərin siyahısının müəyyənləşdirilməsi işinə şəxsən nəzarət etdiyini deyib. O, hadisə ilə əlaqədar saxlanılanların sayının dəyişmədiyini, onların 4 nəfər olaraq qaldığını deyib. Bakı şəhər prokuroru işlə əlaqədar şahidlərin dindirilməsi prosesinin davam etdiyini vurğulayıb. Əziz Seyidov sakinləri evakuasiya olunmuş binalarla bağlı yoxlamaların Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirildiyini deyib. Bununla bağlı son qərar ekspertizanın rəyi açıqlandıqdan sonra veriləcək. Hazırda dağıntılar altında qalan cəsədlərin çıxarılması prosesi davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR