Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi Bakının mərkəzində binanın uçması nəticəsində ölən və xəsarət alan şəxslərin siyahısını açıqlayıb

Azərbaycan Səhiyyə Nazirliyi Bakının mərkəzində binanın uçması nəticəsində ölən və xəsarət alan şəxslərin siyahısını açıqlayıb
# 30 avqust 2007 11:01 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, hadisə nəticəsində 10 nəfər ölüb. Ölən şəxslər bunlardır:
1. Feyzullayev Arif Məhərrəməli oğlu - 1968-ci il. (Astara rayonu, qohumlarına təhvil verilib);
2. Babayev Emil Seyfulla oğlu - 1980-ci il. (Astara rayonu, qohumlarına təhvil verilib);
3. Feyzullayev Habil Məhərrəm oğlu - 1977-ci il. (Astara rayonu, qohumlarına təhvil verilib);
4. Feyzullayev Sakit Adil oğlu - 1982-ci il. (Astara rayonu, qohumlarına təhvil verilib);
5. Məhəmmədov Aydın Rəsul oğlu - 1962 ci il. (Qax rayonu, Qaşqara kəndi, qohumlarına təhvil verilib);
6. Məhəmmədov Arzu Abbasəli oğlu 1974-cü il. (Gəncə, İmamzadə kəndi, qohumlarına təhvil verilib);
7. Məmmədov Fərhad Qədim oğlu - 1964-cü il. (Goranboy rayonu, qohumlarına təhvil verilmək üzrədir).

Bundan başqa, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizasına təxminən 3 naməlum kişi meyiti də gətirilib. Meyitlər tanınmaları üçün müraciət edənlərə təqdim edilir.
Yaralılar isə Axundov Əvəzağa Bəşirağa oğlu (24 yaş. Astara rayonu. Vəziyyəti orta ağır. Klinik Tibbi Mərkəz), Əfəndiyev Vüqar Mirmahmud oğlu (22 yaş. Xırdalan şəhəri. Vəziyyəti orta-ağır. Klinik Tibbi Mərkəz), Əliyev Rauf Bahadır oğlu (43 yaş. Masallı rayonu. Vəziyyəti orta-ağır. Klinik Tibbi Mərkəz) və İbrahimov İbrahim Məhəmmədəli oğludur (57 yaş. Abşeron rayon Saray qəsəbəsi. Vəziyyəti kafi. Travmatologiya və Ortopediya İnstitutu).
Hadisə baş verdikdən dərhal sonra Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyası, Şəhərin müxtəlif xəstəxanaları ilə birgə, Məhkəmə Tibbi Ekspertizasında da qərargahlar yaradılıb. Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan nəqliyyat vasitələri, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi və Prokurorluq orqanlarının əməkdaşları ilə birgə meyitlər ünvanlarına çatdırılır. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR