Bank Of Baku

Bakı şəhər prokuroru Azərbaycan paytaxtında binanın uçması ilə əlaqədar həbs olunmuş şəxslərin sayının artacağını istisna etmir

Bakı şəhər prokuroru Azərbaycan paytaxtında binanın uçması ilə əlaqədar həbs olunmuş şəxslərin sayının artacağını istisna etmir
# 30 avqust 2007 11:32 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Bakı şəhər prokuroru Əziz Seyidov deyib. Ə. Seyidov hazırda saxlanmış şəxslərin ittiham olunduqları maddələrin hər birinin 7-8 il həbs cəzasını nəzərdə tutduğunu, lakin onlara veriləcək cəzanın məhkəmə tərəfindən müəyyənləşdiriləcəyini söyləyib. Paytaxt prokuroru hadisə ilə bağlı indiyədək 55-60 nəfərin şahid qismində dindirildiyini deyib. Hazırda dağıntılar altında qalanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı hadisə yerində operativ qərargah və “Qaynar xətt” yaradıldığını qeyd edən Ə. Seyidov bunun üçün 6 əməkdaş ayrıldığını, həmin şəxslərin zərərçəkənlərdən izahatlar aldığını söyləyib. O bildirib ki, indiyədək 8 nəfərdən izahat alınıb, hələlik əlavə müraciət edən olmayıb. Ə. Seyidov əlavə edib ki, dağıntılar altında qalan şəxslərin yaxınlarından bir neçəsi xilasetmə işlərini yaxından müşahidə etmək üçün hadisə yerinə buraxılıb.
Bakı şəhər prokuroru “Qaynar xətt”in telefon nömrəsini bir daha xatırladıb: 510-64-18. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR