Bank Of Baku

Azərbaycan paytaxtında uçan binanın ətraf ərazilərində qaz təchizatı yaxın saatlarda bərpa ediləcək

Azərbaycan paytaxtında uçan binanın ətraf ərazilərində qaz təchizatı yaxın saatlarda bərpa ediləcək
# 30 avqust 2007 12:30 (UTC +04:00)
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən APA-ya bildirilib ki, qaz təchizatının müvəqqəti dayandırılmasının səbəbi binanın uçması ilə əlaqədar baş verə biləcək xoşagəlməz hadisədən qaçmaq olub: “Murtuza Muxtarov küçəsi, 185 ünvanında binanın uçması ilə əlaqədar Nərimanov prospektində, Zivər Əhmədbəyova, Balababa Məcidov küçələrində yerləşən evlərə mavi yanacaq verilməsi hadisədən sonra dayandırılıb. Qaz verilişi yaxın saatlarda bərpa olunacaq. Ancaq həmin binaların sakinləri ehtiyatlı olmalıdırlar”.
“Azəriqaz” sakinləri qaz xətlərinin üzərindəki ventilləri yoxlamağa, texniki təhlükəsizlik qaydalarına əməl etməyə və ehtiyatlı olmağa çağırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR