Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyi: Dağıntılar altında qalmış şəxslərin sağ qurtarılma ehtimalı hələ də var

Azərbaycan Fövqəladə Hallar Nazirliyi: Dağıntılar altında qalmış şəxslərin sağ qurtarılma ehtimalı hələ də var
# 30 avqust 2007 12:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib. Onun sözlərinə görə, tikintinin layihələndirməyə uyğun aparılıb-aparılmadığı, tikintidə istifadə olunan materialların keyfiyyətli olub-olmadığı da müəyyənləşdiriləcək və bununla bağlı rəsmi açıqlama veriləcək.
İndiyədək 11 cəsədin çıxarıldığını nəzərə çatdıran T. Müseyibov xilasetmə işlərinin ləng aparılması barədə fikirlərlə razılaşmadığını deyib: “Dağıntılar altında qalmış şəxslərin sağ qurtarılma ehtimalı hələ də var. Həmçinin cəsədlərin parçalanmış halda deyil, bütöv çıxarılması imkanları da nəzərdən qaçırılmamalıdır. Ona görə də burada lənglikdən yox, işin ehtiyatla aparılmasından söhbət gedə bilər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilasetmə işlərini yüksək səviyyədə yerinə yetirməyə çalışır və buna nail olurlar”.
T. Müseyibov dünən dağıntılar altından qadın və uşaq meyitinin çıxarılması barədə yayılan xəbərlərin şayiə olduğunu vurğulayıb: “Ekspertiza dünən çıxarılan cəsədin qalıqlarının kişi cinsinə məxsus olması barədə rəy verib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR