Bank Of Baku

Heydər Əliyev Fondu Azərbaycan paytaxtında binanın uçması nəticəsində xəsarət almış şəxsləri diqqətdə saxlayır

Heydər Əliyev Fondu Azərbaycan paytaxtında binanın uçması nəticəsində xəsarət almış şəxsləri diqqətdə saxlayır
# 30 avqust 2007 12:41 (UTC +04:00)
Heydər Əliyev Fondu Bakının Yasamal rayonunda binanın uçması nəticəsində xəsarət almış insanları diqqətdə saxlayır. Fondan APA-ya bildirilib ki, Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında qurumun əməkdaşları hadisə zamanı yaralanmış şəxslərin müayinə olunduğu xəstəxanalarda növbə çəkirlər. Bundan başqa fondun nümayəndələri zərərçəkmişlərin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırlar. Fonddan zəruri müayinə və mütəxəssis köməyinə ehtiyacı olanlara köməklik göstərməyə hazır olduqlarını bildiriblər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR