Bank Of Baku

Moskvada öldürülmüş biznesmen Şöhrət Sarıyevin cənazəsi üzərində məhkəmə-tibbi ekspertizası aparılır

Moskvada öldürülmüş biznesmen Şöhrət Sarıyevin cənazəsi üzərində məhkəmə-tibbi ekspertizası aparılır
# 30 avqust 2007 12:48 (UTC +04:00)
Bu barədə APA-ya Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva regional təşkilatının sədri İlqar Hacıyev məlumat verib. Onun sözlərinə görə, istintaq qətlin mərhum Şöhrət Sarıyevin kommersiya fəaliyyəti ilə bağlı baş verdiyini güman edir. Cənazələrin sabah Azərbaycana yola salınacağı gözlənilir.
Qeyd edək ki, Şöhrət Sarıyevin qardaşı Çinqiz Sarıyev ötən il Moskvada qətlə yetirilib. Onun ölümü ilə əlaqədar istintaq davam etsə də, saxlananlar yoxdur. Bundan əvvəl isə 9 qardaş olan Sarıyevlərin daha bir qardaşı qətlə yetirilib. Sarıyev qardaşları Moskvada Vişnyakovski bazarına rəhbərlik edir, meyvə-tərəvəzin topdan satışı ilə məşğul olurlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR