Bank Of Baku

Azərbaycanın baş prokuroru: “İstintaq zamanı hər hansı vəzifəli şəxsin bu qanunsuz işlə bağlılığı müəyyənləşsə, lazımi ölçü götürüləcək”

Azərbaycanın baş prokuroru: “İstintaq zamanı hər hansı vəzifəli şəxsin bu qanunsuz işlə bağlılığı müəyyənləşsə, lazımi ölçü götürüləcək”
# 30 avqust 2007 16:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri respublikanın baş prokuroru Zakir Qaralov deyib: “Hadisə ilə bağlı hər hansı dövlət məmuru cinayət məsuliyyətinə cəlb oluna bilərmi” sualının cavabında baş prokuror deyib ki, indiyədək hələlik 4 nəfər şübhəli şəxs qismində saxlanılıb: “Bunlar şirkətin rəhbərləri və iş icraçılarıdır. Onlar tikinti işlərinə birbaşa cavabdeh və nəzarəti həyata keçirməli olan şəxslərdir. Həmin şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndərilib. Bu işi həm də prezidentin xüsusi sərəncamı əsasında yaradılmış dövlət komissiyası araşdırır. Məsələ dövlət başçısının diqqətindədir. Əgər istintaq zamanı müəyyən edilsə ki, bu qanunsuz işdə hər hansı vəzifəli şəxs, yaxud digər dövlət məmuru hansısa formada səhlənkarlığa, ya da vəzifə cinayətkarlığına yol verib, bu barədə lazımi ölçü götürüləcək”. Baş prokurorun sözlərinə görə, aparılan ekspert müayinələri, hadisə yerindən götürülmüş maddi sübutlar tikintinin keyfiyyətsiz aparıldığını ortaya çıxarıb: “Fəhlələrlə heç bir əmək müqaviləsi bağlanmayıb”. Binanın aşağı mərtəbələrindən həm fəhlələrin, həm də kənar şəxslərin yaşayış yeri kimi istifadə etdiyini, həmçinin, bu mərtəbələrdə bəzi şəxslərin təmir işlərinə cəlb olunduğunu deyən baş prokuror bu səbəbdən dağıntılar altında nə qədər adam qaldığını söyləməyin mümkün olmadığını vurğulayıb. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR