Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyi: Bu gün saat 19:40-dək uçmuş binanın dağıntıları altında qalan yaxınlarını axtaran 20 nəfər qərargaha müraciət edib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi: Bu gün saat 19:40-dək uçmuş binanın dağıntıları altında qalan yaxınlarını axtaran 20 nəfər qərargaha müraciət edib
# 30 avqust 2007 17:04 (UTC +04:00)
Xilasetmə işlərinin FHN-in xilasedici qüvvələri tərəfindən bir neçə mərhələdə keçirdiyini deyən T. Müseyibov ağır texnika dayandırıldıqdan sonra xilasetmə işlərinə canlı qüvvənin cəlb olunduğunu söyləyib: “Çünki dağıntılar altında sağ qalmış şəxslərin olduğu ehtimal edilir. Bundan başqa, istəyirik ki, cəsədləri tam şəkildə, bütün əzaları üstündə çıxarıb yaxınlarına təhvil verək. Buna görə də işlər ehtiyatla aparılır. Eyni zamanda kineloji xidmətdən istifadə edilir, kineloqlar itlərin vasitəsilə sağ insanların olub-olmamasını müəyyənləşdirirlər. Hadisə yerində qərargah yaradılıb. Hadisə zamanı həlak olanların qohumları qərargaha müraciət edirlər. Bu gün saat 19:40-dək yaxınlarını axtaran 20 nəfər qərargaha müraciət edib”. T. Müseyibov gün ərzində qərargahda jurnalistlər üçün 3 dəfə brifinq keçiriləcəyini də vurğulayıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR