Bank Of Baku

Azərbaycan paytaxtında uçan binanın dağıntıları altında qalaraq həlak olan daha bir Ərçivan sakini doğulduğu kənddə torpağa tapşırılıb

Azərbaycan paytaxtında uçan binanın dağıntıları altında qalaraq həlak olan daha bir Ərçivan sakini doğulduğu kənddə torpağa tapşırılıb
# 31 avqust 2007 08:01 (UTC +04:00)
APA-nın cənub bürosunun hazırda Ərçivanda olan əməkdaşının verdiyi məlumata görə, dəfn mərasimində yerli əhali ilə yanaşı, Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib. 1978-ci il təvəllüdlü R. İmaməliyev subay idi.
Qeyd edək ki, bəzi məlumatlara görə, Ərçivan kəndinin 20-dək sakini uçan binanın tikintisində çalışıb. Onlardan 3 nəfərinin - 1981-ci il təvəllüdlü Emil Seyfulla oğlu İbrahimov, 1968-ci il təvəllüdlü Arif Məhərrəm oğlu Feyziyev və 1977-ci il təvəllüdlü Habil Məhərrəm oğlu Feyziyevin cənazəsi srağagün, 1982-ci il təvəllüdlü Sakit Adil oğlu Feyziyevin cənazəsi isə dünən kənd qəbiristanlığında dəfn olunub. Hazırda dağıntılar altında qalmış Ərçivan kəndinin daha 3 sakini Rəvan Nadir oğlu Ağayev, Seymur Nəcəfəli oğlu Hüseynov və Nəzər Fərman oğlu Nəzərovun axtarışları davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR