Bank Of Baku

Faiq Tağızadə: “Xilasetmə işlərinin aparılmasında xarici ölkələrin köməyinə ehtiyac duymuruq”

Faiq Tağızadə: “Xilasetmə işlərinin aparılmasında xarici ölkələrin köməyinə ehtiyac duymuruq”
# 31 avqust 2007 08:50 (UTC +04:00)
Zərərçəkənlərin yaxınları isə axtarış-xilasetmə prosesində iştirak etmək istədiklərini nazir müavininin nəzərinə çatdırıblar. F. Tağızadə Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin rəhbəri Cahangir Qulamova göstəriş verib ki, hər saatdan bir zərərçəkənlərin yaxınlarından 5 nəfərin axtarış-xilasetmə prosesində iştirakına şərait yaradılsın.
F. Tağızadə jurnalistlərə açıqlamasında bildirib ki, axtarış-xilasetmə işləri ehtiyatla və dəqiqliklə aparılır: “Yaxınlarını axtaran 20 nəfər baş prokurorun adına müraciət edib. Dağıntılar altında qalanlardan bir neçəsinin sağ qalma ehtimalı hələ də var. Xüsusən binanın ikimərtəbəli zirzəmisində olanların hələ də sağ qaldığına ümid itməyib. Lakin zirzəmidə işləmək xilasedicilərin həyatı üçün təhlükəlidir. Bina hər an çökə bilər”.
Nazir müavini xilasetmə işlərinin aparılmasında xarici ölkələrin köməyinə ehtiyac duymadıqlarını vurğulayıb: “ Axtarış-xilasetmə işləri üçün hər cür texniki imkanımız var”.
F. Tağızadə hadisə ilə bağlı məlumatlar yayarkən jurnalistləri şişirtmələrə yol verməməyə çağırıb: “Həm bizim, həm də sizin borcunuz zərərçəkənlərin dərdinə şərik olmaqdır”. /APA/

















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR