Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyi: “İtkin düşənlərin sayı 15 nəfərdir”

Azərbaycan Fövqəladə Hallar Nazirliyi: “İtkin düşənlərin sayı 15 nəfərdir”
# 31 avqust 2007 09:38 (UTC +04:00)
APA-nın məlumatına görə, FHN-in mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib ki, bu günədək xilasedicilər tərəfindən 12 nəfərin cəsədi dağıntılar altından çıxarılıb: “Bundan başqa, Əvəzxan Axundov, Abbas Əhmədov, İbrahim İbrahimov və Vüqar Əfəndi uçqunlar altından sağ çıxarılıb. Hazırda onlar xəstəxanada müalicə olunurlar”. T. Müseyibov qeyd edib ki, hadisə baş verən gün Teymur Ağalar oğlu Əliyev özünü binadan yerdəki qum təpəsinin üzərinə atdığından, sağ qalıb. Ramin Fərman oğlu Nəzərov isə binanın kənarında olduğu üçün ölməyib: “Baş Prokurorluğun hadisə yerində yaradılan operativ qərargahına dünən 20 nəfər müraciət edərək, yaxınlarının dağıntılar altında qaldığını bildirib. Bu gün bəzi məsələlər aydınlaşdı. Bəlli oldu ki, bu rəqəm 20 yox, 15-dir. Hazırda 15 nəfərin axtarışı davam etdirilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR