Bank Of Baku

Leysan yağışlar Azərbaycanın şimal-qərb bölgəsinin elektrik enerjisi ilə təchizatında problemlər yaradıb

Leysan yağışlar Azərbaycanın şimal-qərb bölgəsinin elektrik enerjisi ilə təchizatında problemlər yaradıb
# 31 avqust 2007 09:43 (UTC +04:00)
Ötən gecə respublikanın şimal-qərb bölgəsinə yağan leysan yağışlar nəticəsində bölgəyə elektrik enerjisinə verilməsində məhdudiyyətlər yaradıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax rayonu ərazisində Külmük çayının qalxması nəticəsində iki elektrik dirəyini sel aparıb. Şəki, Zaqatala və Balakən rayonlarında isə güclü külək bəzi elektrik xətlərində qısa qapanma və qəzalar törədib. Bölgəyə elektrik enerjisinin verilməsi gecə saatlarından dayandırılıb. Görülən tədbirlər nəticəsində Şəki, Zaqatala və Balakən rayonlarına elektrik enerjisinin verilməsində yaranan məhdudiyyətlər səhər saat 11.00 radələrində aradan qaldırılıb. Qax rayon İcra Hakimiyyətindən APA-nın bölgə bürosuna bildirilib ki, leysan yağışlar çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olsa da, elə bir ciddi fəsad törətməyib. Rayonda elektrik enerjisinin verilməsində yaranan problemlər isə günün birinci yarısında bərpa edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR