Azərbaycanın Dəvəçi rayon Polis Şöbəsi Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Təvəkkül İsmayılov barəsində cinayət işi başlanmasını iki dəfə rədd edib
Dəvəçi rayon hüquq-mühafizə orqanları rəhbərlərinin bununla bağlı yazışmalarını isə heç bir şərh vermədən diqqətə çatdırırıq: Dəvəçi rayonunun sabiq prokuroru, ədliyyə müşaviri Sabir Əliyev 3 fevral 2006-cı il tarixdə polis rəisi Nizami Sadıqova göndərdiyi 06C-06 nömrəli məktubda yazır: ”Vətəndaş Daşdıyeva Hürü Şirəli qızının (Bədəl Daşdıyevin həyat yoldaşı red.) şikayəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 11.06.2005-ci il tarixli qərar əsassız olduğundan, tərəfimdən 03.02.2006 tarixli qərarla ləğv edilərək, material əlavə yoxlama aparılması üçün Sizə qaytarılır. Həmçinin vətəndaş Daşdıyev Bədəl Süleyman oğlunun Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş ərizə və ərizə ilə əlaqədar toplanmış sənədlər həmin materiala əlavə edilib, tam, hərtərəfli və obyektiv yoxlanması üçün aidiyyəti üzrə Sizə göndərilir. Araşdırmanın nəticəsi barədə şikayətçiyə bildirməyinizi xahiş edirəm”.
Azərbaycan Respublikası Baş Prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Məmməd Cabbarov 01.03.2007 tarixdə Bədəl Daşdıyevə 05/32 nömrəli cavab məktubunda bildirir: “Sizin Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından daxil olmuş ərizəniz baxılıb müvafiq tədbir görülməsi üçün Dəvəçi rayon prokurorluğuna göndərilmişdir. Nəticəsi barədə Dəvəçi rayon prokurorluğu tərəfindən Sizə cavab veriləcəkdir”.
Dəvəçi rayon prokuroru Sabir Əliyevin 15.05.2007 il tarixdə Bədəl Daşdıyevə göndərdiyi 22Ş-07 nömrəli cavab məktubunda isə deyilir: “Qızınız Diləfruz Daşdıyevanın Qələgah kənd sakini İsmayılov Təvəkkül Bayram oğlu tərəfindən 17.05.2005 tarixdə evlənmək adı ilə aldadılıb aparılması və həmin vaxtdan indiyədək itkin düşməsi haqqında rayon polis şöbəsinə etdiyiniz müraciətlərinizə baxılmaması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş ərizənizə rayon prokurorluğunda baxılmışdır. Bununla əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupunda toplanmış material tələb edilib öyrənildi və aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək, material ərizənizlə birlikdə əlavə yoxlama aparılması üçün RPŞ-yə göndərilmişdir”.
Dəvəçi rayon prokuroru Sabir Əliyevin 5 may 2007-ci il tarixdə Hürü Daşdıyevaya ünvanladığı və Dəvəçi RPŞ-nin təhqiqat qrupunda toplanmış materiallar əsasında gəldiyi qərar isə hər şeyə aydınlıq gətirir: “Dəvəçi rayonun Dağ Bilici kənd sakini Daşdıyev Bədəl Süleyman oğlu rayon prokurorluğuna Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş ərizəsində 17 may 2005-ci il tarixdə qızı Diləfruz Daşdıyevanın rayonunun Qələgah kənd sakini İsmayılov Təvəkkül Bayram oğlu tərəfindən evlənmək adı ilə aldadılıb aparılması və həmin vaxtdan indiyədək itkin düşməsi haqqında rayon polis şöbəsinə etdiyi müraciətlərinə baxılmaması, qızının axtarışı ilə bağlı tədbirlər görülməməsi barədə şikayət etmişdir. Bununla əlaqədar B.S.Daşdıyevin həyat yoldaşı Daşdıyeva Hürü Şirəli qızının həmin məsələ barədə rayon polis şöbəsinə etdiyi 01.06.2005 il tarixli şikayəti əsasında RPŞ-nin təhqiqat qrupunda toplanmış HK-1/162 saylı material tərəfimdən tələb edilib öyrənilmişdir. Müəyyən edilmişdir ki, H.Ş.Daşdıyevanın şikayəti ilə əlaqədar RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Coşqun Mütəllimov tərəfindən araşdırma aparılmış və 11.06.2005 il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsassız olduğundan tərəfimdən 03.02.2006 il tarixdə ləğv edilərək, material bir sıra göstərişlərlə əlavə yoxlamaya qaytarılmışdır. Material üzrə əlavə yoxlama aparılıb, 02.03.2006 il tarixdə təkrarən eyni əsasla cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Material öyrənilərkən müəyyən edildi ki, araşdırma səthi və natamam aparılmış, əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılması təmin olunmamış, rayon prokurorluğu tərəfindən verilmiş göstərişlər tam şəkildə icra edilməmişdir. Toplanmış materiallardan görünür ki, Diləfruz Daşdıyeva Təvəkkül İsmayılovla ailə qurmaq məqsədilə öz evlərindən könüllü olaraq ona qoşulub getmişdir. Lakin araşdırma zamanı İsmayılov Təvəkkül Bayram oğlu müəyyən edilib həmin xüsusatla bağlı izahatı alınmamış və D. Daşdıyevanın həqiqətən də onunla gedib-getməməsi dəqiqləşdirilməmişdir. Ona görə də təhqiqatçının cinayət işi başlanmasının rədd edilməsi haqqında 02.03.2006 il tarixli qərarı əsassız olduğundan, ləğv edilərək material əlavə yoxlamaya qaytarılmalıdır. Əlavə yoxlama zamanı B.Daşdıyevin şikayətində göstərilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması, barəsində şikayət edilən İsmayılov Təvəkkül Bayram oğlunun, həmçinin onun yaxın qohumlarının müəyyən olunub izahatlarının alınması, D.Daşdiyevanın olduğu yerin müəyyən edilməsi üçün zəruri tədbirlər görülməsi, meydana çıxan digər əhəmiyyət kəsb edən halların ətraflı yoxlanılması və araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərar qəbul olunması təmin edilməlidir”.
Bədəl Daşdıyev APA-nın şimal bürosuna açıqlamasında Təvəkkül İsmayılovu himayə edənlərin adlarını çəkib və bu cinayət işinin açılmamasında maraqlı olmalarını açıqlayıb. Lakin B. Daşdiyevin avqustun 6-da Dağ Bilici kənd sakinləri, 14 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidova bacılarını öldürərək Samur-Abşeron su kanalına atan Təvəkkül İsmayılovun cinayət işini araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi tərəfindən bir neçə saat dindirildiyini nəzərə alaraq, onun söylədiklərinin yayılması məqsədəuyğun deyil.
Qeyd edək ki, Dəvəçi rayonunun Qələgah kənd sakini Təvəkkül İsmayılov 2005-ci il mayın 17-də Diləfruz Daşdıyevanı qaçırıb. Bir müddət sonra qız yoxa çıxıb. Qızın ailəsinin onun harada olması ilə bağlı sorğusuna Təvəkkül İsmayılov cavab verməyib. O, qızın qaçıb getdiyini, yerini bilmədiyini deyib. Diləfruzun atası Bədəl Daşdıyev isə buna inanmayaraq, hüquq-mühafizə orqanlarına müraciət etsə də, heç bir araşdırma aparılmayıb. Hadisədən bir az sonra isə rayonun Ləcə kənd sakini Rahim Hidayətov yaxınlıqdakı meşədən Diləfruzun paltarlarını tapıb, ailəsinə təqdim edir. Bundan az sonra isə Rahim Hidayətov yoxa çıxır. Onun meyiti yalnız bu il avqustun 12-də T. İsmayılovun qətlə yetirdiyi Nailə və Reyhanə Məcidova bacılarının meyiti ilə bağlı axtarışlar zamanı Siyəzən rayonu ərazisindəki qamışlıqdan tapılıb. /APA/
Hadisə
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Xəbər Lenti
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
Tramp: İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq qlobal böhrandan daha vacibdir
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub
DÇ-2026: Argentina Avstriyanı məğlub edib, Messi iki qolla tarixə düşüb
Qətər İranın dondurulmuş aktivlərinin xərclənməsinə nəzarət mexanizminin yaradılmasına kömək edəcək
Vens: ABŞ və İran arasında texniki danışıqlar davam edir
Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib
Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
BMT: İsrailin hücumları nəticəsində Livanın cənubunda 11 min ev dağılıb
Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib, 5 nəfər ölüb - YENİLƏNİB2
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə yola salınacaq
Sahibə Qafarova BƏƏ Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb
İranın danışıqlar heyəti Omana səfər edib
“Fars”: AEBA müfəttişlərinin İrana qayıtması ilə bağlı heç bir müzakirə aparılmayıb
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Emin Əmrullayev: Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir, onların ehtiyaclarını anlamaq vacibdir - MÜSAHİBƏ
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Aİ ölkələri Moldovanın bloka inteqrasiyasının dərinləşdirilməsi üzrə razılığa gəlib
Prezident İlham Əliyevin adından Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib - FOTO
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub - YENİLƏNİB
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası təsdiqlənib
Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası müəyyənləşib
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Birinci nazir Kir Starmeri şimali irlandiyalılara qarşı ayrı-seçkilikdə ittiham edib
Qətərdə qaz emalı zavodunda partlayışda 13 nəfər ölüb, 66 yaralı var - YENİLƏNİB-1
Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
Nazir müəllimlərin maaşlarının artırılmasının mümkünlüyünə münasibət bildirib
Netanyahu İsrailin lazım olduğu müddətcə cənubi Livanda qalacağını bildirib
Doktoranturaya qəbul olmaq istəyənlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Qətərin Baş naziri: ABŞ və İran arasında müharibəyə son qoymaq vəziyyətinə çatmışıq
Müəllimlərin sertifikasiyasının nəticələri iki həftə ərzində elan ediləcək, maaşlar artacaq
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Səyahətə çıxmadan evinizi mütləq sığortalayın - FOTO
Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir