Bank Of Baku

Moskvada qətlə yetirilən biznesmen Şöhrət Sarıyev bu gün Ucarda dəfn olunub

Moskvada qətlə yetirilən biznesmen Şöhrət Sarıyev bu gün Ucarda dəfn olunub
# 31 avqust 2007 11:43 (UTC +04:00)
APA-nın Aran bürosunun məlumatına görə, Şöhrət Sarıyevin cəsədi bu səhər Qaracallı kənd məzarlığında torpağa tapşırılıb. Qeyd edək ki, Şöhrət Sarıyev avqustun 30-u Bakı vaxtı ilə 01.50 radələrində Moskvanın Kosinski küçəsində naməlum şəxslər tərəfindən öldürülüb. Cinayətkarlar “VAZ-2106” markalı maşında olan 43 yaşlı Səfər Yusifov və 41 yaşlı Şöhrət Sarıyevə avtomat silahlardan atəş açıblar. Atəş nəticəsində soydaşlarımızdan biri hadisə yerində ölüb, digəri maşından çıxaraq qaçmaq istəsə də, güllələrdən yayına bilməyib. Hadisə yerindən “AKS-74” markalı avtomat silah, ona məxsus 10 giliz, “TT” markalı tapançanın sandıqçası götürülüb. Faktla bağlı Moskva şəhəri Şərq İnzibati Dairəsi Prokurorluğu tərəfindən “iki və daha artıq şəxsin qətlə yetirilməsi” maddəsi üzrə cinayət işi başlanıb. Qeyd edək ki, öldürülən Şöhrət Sarıyev Ucar rayonunun Qaracallı kəndində anadan olub, onun qardaşı Çingiz Sarıyev ötən il Moskvada naməlum şəxslər tərəfindən qətlə yetirilib. Qətl hadisəsi Jemçuqov xiyabanında 5 saylı evin qarşısında baş verib. “Kraysler” markalı avtomobilinə əyləşmək istəyən Çingiz Sarıyevə naməlum şəxs yaxınlaşıb və onun gicgahına atəş açıb. Həmyerlimiz hadisə yerində keçinib. 9 qardaş olan Sarıyevlər Azərbaycan diasporu arasında böyük nüfuza malik insanlar hesab olunur. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR