Bank Of Baku

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi: Hadisənin terrorçuluq aksiyası olması, yaxud binanın partladılması istisna olunur

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi: Hadisənin terrorçuluq aksiyası olması, yaxud binanın partladılması istisna olunur
# 31 avqust 2007 12:00 (UTC +04:00)
Onun sözlərinə görə, qəzetdə uçan binanın terror aktı nəticəsində partladılması barədə irəli sürülən versiya ilə bağlı o və məqalə müəllifləri - İbrahim Bayandurlu və Rauf Mirqədirov dünən MTN-ə dəvət olunublar: “Məqalədə hadisənin terror aktı ola biləcəyi versiyası irəli sürülüb. Deyilənlərə görə, bina uçmazdan bir neçə gün əvvəl orada çəkiliş aparan adam olub. MTN bu məsələnin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını araşdırır. Məqalə müəllifləri və mən bununla bağlı nazirliyə dəvət olunmuşduq. Biz izahatlarımızı verdik. MTN mümkün terror aktı ilə bağlı araşdırmalar aparır. Mən bunu təbii sayıram”. E. Şıxlı onu da bildirib ki, bu faktı onların MTN-də saxlanması kimi dəyərləndirməyə əsas yoxdur. MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında bildirib ki, “Zerkalo” qəzetinin dünənki sayında dərc olunan məqalədə binanın çökməsinin guya terrorçuluq aksiyasının nəticəsi olması barədə əksini tapmış məqamlara aydınlıq gətirilməsi məqsədi ilə məqalə müəllifləri nazirliyə dəvət olunublar: “Onlardan izahat alınıb və toplanmış materiallar Respublika Prokurorluğuna göndərilib. Eyni zamanda qeyd etməliyəm ki, bina çökməsi baş verən gün milli təhlükəsizlik naziri, cənab Eldar Mahmudov da səhərə kimi hadisə yerində olub. Orada Milli Təhlükəsizlik Nazirliyinin xüsusi ekspert qrupu müvafiq təhqiqat və müayinələr aparıb. Hadisənin terrorçuluq aksiyası olması, yaxud binanın partladılması istisna olunur. Bu barədə yayılan söz-söhbətlərin heç bir əsası yoxdur”. A. Babayev onu da bildirib ki, o, KİV nümayəndələrinə baş verən hadisə ilə bağlı dəqiqləşdirilməmiş məlumatları dərc etməməyi və efirdə səsləndirməməyi tövsiyə edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR