Bank Of Baku

Moskvanın Pokrovski bazarında tapılmış cəsədin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb

Moskvanın Pokrovski bazarında tapılmış cəsədin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb
# 31 avqust 2007 12:36 (UTC +04:00)
Moskvanın Pokrovski bazarı ərazisində tapılmış cəsədin şəxsiyyəti müəyyənləşməyib. Ümumdünya Azərbaycanlılar Konqresinin Moskva regional təşkilatından APA-ya verilən məlumata görə, cəsəd üzərində aparılmış məhkəmə-tibbi ekspertizası ölüm aktının mərhumun yüksək dozalı narkotik maddə qəbul etməsi səbəbilə baş verdiyini müəyyənləşdirib. Məhrumun üzərində heç bir sənəd olmadığı üçün, onun kimliyini müəyyən etmək üçün bazarda işləyənlər dindirilir. Mərhumun yalnız müsəlman olduğu müəyyənləşib. Qeyd edək ki, Rusiya mətbuatı ilkin informasiyalarda ölən şəxsin milliyyətcə azərbaycanlı olduğunu yazıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR