Bank Of Baku

Astara rayonunun Ərçivan kəndində aksiya keçirilib

Astara rayonunun Ərçivan kəndində aksiya keçirilib
# 31 avqust 2007 12:41 (UTC +04:00)
Bu gün Astara rayonunun Ərçivan kənd sakinləri aksiya keçiriblər. APA-nın cənub bürosunun hazırda Ərçivanda olan əməkdaşının verdiyi məlumata görə, bu gün saat 12:00 radələrində Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, rayon polis şöbəsinin rəisi Vüqar Məmmədyarov və rayon rəhbərliyinə daxil olan digər şəxslər Bakıda uçan binanın dağıntıları altında qalaraq həlak olan və dünən dəfn olunmuş kənd sakini Razi Elsevər oğlu İmaməliyevin hüzr mərasimində iştirak etmək üçün Ərçivana gəliblər. Bu zaman dağıntılar altında qalan və axtarışları davam edən Ərçivan sakinlərinin qohumları onların qarşısını kəsiblər. Buna səbəb dağıntılar altında qalanların axtarışının dayandırılması barədə yayılan xəbərlər olub. V. Məmmədyarov əhalinin gözü qarşısında bir neçə instansiya ilə əlaqə saxladıqdan sonra bu xəbərlərin şayiə olduğu üzə çıxıb. Yalnız bundan sonra aksiya dayandırılıb. Qeyd edək ki, Bakının Murtuza Muxtarov, 184 ünvanında uçmuş binada Ərçivan kəndinin 20-dək sakini çalışıb. Onlardan 3 nəfərinin - 1981-ci il təvəllüdlü Emil Seyfulla oğlu İbrahimov, 1968-ci il təvəllüdlü Arif Məhərrəm oğlu Feyziyev və 1977-ci il təvəllüdlü Habil Məhərrəm oğlu Feyziyevin cənazəsi srağagün, 1982-ci il təvəllüdlü Sakit Adil oğlu Feyziyevin və 1978-ci il təvəllüdlü Razi Elsevər oğlu İmaməliyevin cənazəsi isə dünən kənd qəbiristanlığında dəfn olunub. Hazırda dağıntılar altında qalmış Ərçivan kəndinin daha 3 sakini Rəvan İlyas oğlu Ağayev, Seymur Nəcəfəli oğlu Hüseynov və Nəzər Fərman oğlu Nəzərovun axtarışları davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR