Müğənni Rəqsanə və anası ailə üzvlərinin qadın alverçisi kimi həbs edilməsi barədə yayılan məlumatlara münasibət bildirib
Goranboy rayonun pasport-masa bölməsindən də APA-ya Ellada İsmayılova ilə Rəqsanə İsmayılovanın bacı olduqları təsdiqlənib. Bölmədən Ellada və Rəqsanə İsmayılovaların hər ikisinin Goranboy rayonunun 1 May kəndində qeydiyyatda olduqlarını, 2004-cü il avqustun 31-də şəxsiyyət vəsiqəsi aldıqlarını da söylənilib. Burdan Goranboyda qeydiyyatda olan E. İsmayılovanın R. İsmayılovanın bacısı olduğunu da təsdiqləyib.
R. İsmayılova isə bu gün “Şərq” qəzetinə açıqlamasında anasının DİN tərəfindən saxlanılan şəxs olduğunu dolayısı ilə təsdiqləyib: “Anamın adı bu söz-söhbət yayılandan iki gün sonra hallanmağa başlayıb. Kimsə anamın adını öyrənib, onun adını da hallandırmağa çalışıb”.
Qeyd edək ki, Rəqsanənin anasının adı ilə üst-üstə düşən Adilə Həsənova barədə məlumat Daxili İşlər Nazirliyinin rəsmi veb səhifəsinə yerləşdirilib. Məlumatda bildirilir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları 1978-ci il təvəllüdlü Ellada İsmayılova saxladıqdan sonra aparılan əməliyyat tədbirləri nəticəsində dəstənin üzvü, E. İsmayılovanın anası, 1952-ci il təvəllüdlü, Goranboy rayon sakini Adilə Həsənova da həbs edilib. Məlumata görə, qrup üzvləri Azərbaycandan qadınları Türkiyəyə apararaq, onların cinsi istismara məruz qoyulmasında günahlandırılırlar.
APA Ellada İsmayılovadan şikayət edən qadının hekayəsini öyrənə bilib. Zərərçəkən qız məktubunda (onun adının məxfiliyi qorunur, şərti olaraq ad A. adlanır-red) iş tapmaq üçün yaşadığı Xanlar rayonundan Rusiyaya getmək istəyib. Lakin bir az sonra zərərçəkənin müraciət etdiyi şəxsin bacısı onu başqa bir qız vasitəsilə Türkiyəyə aparacaqlarını deyib. Bir müddət sonra onu Arzu adlı Türkiyədə qadın alveri ilə məşğul olan şəxslə tanış edirlər. A. Rusiyaya getmək adı ilə evdən çıxır, lakin onu Bakıda heç kim qarşılamadığı üçün yenidən rayona qayıdır. Növbəti dəfə Arzu onu özü ilə Bakıya, Rəqsanənin evinə gətirir. Burada Rəqsanə və anası Türkiyədə yaxşı işlər olduğunu bildirirlər, burda 2 ay qalır. Buna səbəb isə A.-nın sənədlərində problem olmasıdır. Onun yaşı az olduğu üçün hər iki valideyninin razılığına ehtiyac duyulur. Lakin atası bu razılığı vermədiyindən sənəd düzəlmir. Buna görə də qızın yoxa çıxması və xilası üçün təcili atasının imzasına ehtiyac olduğunu deyərək, onun imzasını alaraq, Ellada ilə birgə Türkiyəyə yola salırlar. Bodrumda kirayə ev tutub, A.-ni orda yerləşdirirlər. Daha sonra Ellada onu bir gecədə 15 nəfərə seksual xidmət göstərməyə məcbur edir. Bu, vəziyyət altı ay davam edir. Bu ilin may ayında isə A. Türkiyədəki digər azərbaycanlı qızlardan onun vəziyyəti barədə polisə məlumat verməyi xahiş edir. Bundan sonra Türkiyə polisi əməliyyat keçirir və Ellada ilə Arzunu həbs edir”. Zərərçəkən məktubla birlikdə Rəqsanənin anası olduğu iddia edilən Adilə Həsənovanın mobil telefon nömrəsini də APA-ya təqdim edib. APA əməkdaşının həmin telefon nömrəsinə zənginə cavab verən qadın doğrudan da Adilə Həsənova olduğunu və Rəqsanənin anası olduğunu söyləyib. Amma o, həbsini təkzib edib: “ Mən evdə oturmuşam, tutulsaydım heç telefona cavab verə bilməzdim. Bəli, bu nömrə mənimdir. Bütün bu söz-söhbətlər yalandır. Bunlar Rəqsanəyə qurulmuş oyundur, sifarişlə görülən işdir”. O, qızı Elladanın hazırda Goranboyda olub-olmaması ilə bağlı suala belə cavab verib: “ Yoxdur, əgər mümkün olsa deyəcəyik, sizinlə əlaqə saxlayacaq. Gördülər, heç nə edə bilmirlər, axırda başımıza bu oyunu açdılar”. A. Həsənova heç kimdən şübhələnmədiyini, onunla bağlı şayiə yayanları Allaha tapşırdığını deyib. Anasına “Deyirlər, Rəqsanə Türkiyəyə qaçıb” sualını verəndə isə müğənni telefonu anasından alıb: “Mən evdəyəm, anam da evdədir. Sadəcə olaraq gözü götürməyənlər belə edir. Guya bilmirsiniz ki, bunların hamısı qurulmuş oyunlardır? Bunu hamı yaxşı bilir”. Rəqsanə bacısı Elladanın harada olması barədə suala belə cavab verib: “Siz məhkəmə və ya prokuror deyilsiniz. Mənim sizə cavab verməyə ixtiyarım yoxdur. Mənim anam xəstə adamdır, onun şəkəri 400-ü keçib. Bir həftədən sonra keçirəcəyim mətbuat konfransında açıqlama veriləcək. Bu dəqiqə hövsələm yoxdur. Bu boyda millət qalıb binanın altında, ondan danışan yoxdu, hamı düşüb Rəqsanənin üstünə. Hadisədir, mənim başıma gəlibsə, yıxıb sürümək lazım deyil. Elə bir azərbaycanlı deyilik, hamı dəqiqədə zəng edir. Adam öldürmüşəm, yoxsa Vətənə xəyanət etmişəm? Bütün kanallara zəng ediblər ki, Rəqsanəyə qadağa qoyulsun, niyə? Mən bununla bağlı hər yerə şikayət edəcəyəm, bunu belə qoymayacağam. Bu adamın kökünə kimi gedəcəyəm, mən hər şeyi araşdıracağam. Adamla bu dərəcədə düşmənçilik apararlar? Az adamın anası, bacısı, qardaşı həbsxanada yatır bəyəm? İstəyirsiniz düşün axtarın, müğənnilərdən heç birisinin həbsxanada yatan bacısı, qardaşı yoxdur? Hamısının da var. Belə dərinliyə gedilirsə, onları da axtarsınlar da. Rəqsanənin anası-bacısı ağır daş olub, düşüb bütün millətin başına. Bədbəxt qadındır, iki yetimi var, əri yox, atası yox, qardaşı yox. Qız alveri ilə məşğul olduğumuzu necə deyirlər? Elə bil əlimizdə yüz dənə qız tutublar. Hansı faktlarla ortalığa bu boyda oyunları çıxarıblar? Mən artıq əsəbimdən özümə gələ bilmirəm. Mənim evimdə bir həftədir ki, yasdır. Bu dərəcədə insan insanı vurmaz, bu dərəcədə insana qarşı təxribat hazırlanmaz. Mən bu haqda hər yerə şikayət edəcəyəm”.
Müğənni indiyə qədər heç bir qəzetə açıqlama vermədiyini də deyib: “İlk jurnalistsizsiniz ki, sizinlə danışıram. Mən heç kəslə danışmamışam, heç kimi görməmişəm. Hamı ilə danışan prodüserim Təranə xanım danışıb. Bu işin sonuna gedib bir həftədən sonra mətbuat konfransı keçirərək, açıqlama verəcəyəm”. Hazırda iki vəkilinin məsələnin araşdırılması ilə məşğul olduğunu deyən Rəqsanə “əgər bu iş varsa, nə mənim, nə sizin ixtiyarı yoxdur ki, bu işə girişsin. Özünüz bilirsiniz ki, istintaq getməmiş heç kəsin nə isə açıqlama verməyə ixtiyarı yoxdur”.
Rəqsanə anasının mobil nömrəsinin onun ailə üzvləri tərəfdən zərərçəkdiyi bildirilən qız tərəfindən agentliyə təqdim olunması faktına da münasibət bildirib: “Bilmirəm, nömrəni haradan almısız. Mənim anamın nömrəsini bütün şəhər bilir”.
Daxili İşlər Nazirliyindən isə APA-ya Adilə Həsənovanın zaminə buraxılması faktını istisna etməyiblər: “Onun azadlıqda olması hələ üzərindən cinayət faktının götürülməsi demək deyil. Ola bilsin ki, müstəntiq dindirməsi aparılıb. Daha sonra dindirilənin yaşı, cinsi, ictimai təhlükəsi olmaması nəzərə alınaraq, zaminə buraxılması mümkündür. Amma bu onun üzərindən cinayət işinin götürülməsi demək deyil”. /APA/
Hadisə
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Xəbər Lenti
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
Tramp: İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq qlobal böhrandan daha vacibdir
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub
DÇ-2026: Argentina Avstriyanı məğlub edib, Messi iki qolla tarixə düşüb
Qətər İranın dondurulmuş aktivlərinin xərclənməsinə nəzarət mexanizminin yaradılmasına kömək edəcək
Vens: ABŞ və İran arasında texniki danışıqlar davam edir
Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib
Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
BMT: İsrailin hücumları nəticəsində Livanın cənubunda 11 min ev dağılıb
Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib, 5 nəfər ölüb - YENİLƏNİB2
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə yola salınacaq
Sahibə Qafarova BƏƏ Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb
İranın danışıqlar heyəti Omana səfər edib
“Fars”: AEBA müfəttişlərinin İrana qayıtması ilə bağlı heç bir müzakirə aparılmayıb
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Emin Əmrullayev: Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir, onların ehtiyaclarını anlamaq vacibdir - MÜSAHİBƏ
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Aİ ölkələri Moldovanın bloka inteqrasiyasının dərinləşdirilməsi üzrə razılığa gəlib
Prezident İlham Əliyevin adından Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib - FOTO
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub - YENİLƏNİB
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası təsdiqlənib
Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası müəyyənləşib
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Birinci nazir Kir Starmeri şimali irlandiyalılara qarşı ayrı-seçkilikdə ittiham edib
Qətərdə qaz emalı zavodunda partlayışda 13 nəfər ölüb, 66 yaralı var - YENİLƏNİB-1
Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
Nazir müəllimlərin maaşlarının artırılmasının mümkünlüyünə münasibət bildirib
Netanyahu İsrailin lazım olduğu müddətcə cənubi Livanda qalacağını bildirib
Doktoranturaya qəbul olmaq istəyənlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Qətərin Baş naziri: ABŞ və İran arasında müharibəyə son qoymaq vəziyyətinə çatmışıq
Müəllimlərin sertifikasiyasının nəticələri iki həftə ərzində elan ediləcək, maaşlar artacaq
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Səyahətə çıxmadan evinizi mütləq sığortalayın - FOTO
Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir