Bank Of Baku

Akif Nağı sentyabrda keçirmək istədiyi aksiya ilə əlaqədar Daxili İşlər Nazirliyinə çağırılıb

Akif Nağı sentyabrda keçirmək istədiyi aksiya ilə əlaqədar Daxili İşlər Nazirliyinə çağırılıb
# 31 avqust 2007 13:26 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı daxili işlər nazirinin müavini Vilayət Eyvazov tərəfindən nazirliyə dəvət edilib. QAT sədri A. Nağı APA-ya bildirib ki, ondan sentyabrın 5-6-da QAT-ın keçirəcəyi piketin təxirə salınması istənilib və bu barədə müvafiq xəbərdarlıq edilib. A. Nağı isə etiraz aksiyasını keçirməkdə israrlı olduqlarını və bu barədə V. Eyvazova da məlumat verdiyini söyləyib. Qeyd edək ki, QAT sədri A. Nağı sentyabrın 5-6-da MDB Daxili İşlər Nazirləri (DİN) Şurasının Bakıda keçiriləcək toplantısına qatılmaq istəyən Ermənistan nümayəndə heyətinin gəlişinə etiraz olaraq piket keçirəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR