Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi: “Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Rusiyadan heç kimi dəvət etməyib”

Fövqəladə Hallar Nazirliyi: “Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Rusiyadan heç kimi dəvət etməyib”
# 31 avqust 2007 13:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Tural Müseyibov deyib. Binanın uçması ilə əlaqədar Rusiya FHN-dən yüksək rütbəli şəxsin Azərbaycana dəvət edilməsi və onun hadisə yerində olması barədə məlumatlara münasibət bildirən T. Müseyibov həmin şəxsin səfərinin baş vermiş faciə ilə bağlılığı olmadığını vurğulayıb: “Bu şəxsin Azərbaycana səfərinin binanın uçması ilə heç bir əlaqəsi yoxdur. Ola bilsin ki, bu, əvvəlcədən planlaşdırılmış işgüzar səfərdir. Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi Rusiyadan, eləcə də digər ölkələrdən heç kimi Azərbaycana dəvət etməyib. Həmin şəxs heç hadisə yerində də olmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR