Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uçmuş binada xəsarət alanlarla bağlı tədqiqat komissiyası yaradacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uçmuş binada xəsarət alanlarla bağlı tədqiqat komissiyası yaradacaq
# 31 avqust 2007 13:55 (UTC +04:00)
Bakının Murtuza Muxtarov küçəsində uçmuş binada xəsarət alan və ölən işçilərin əmək şəraitini aydınlaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədqiqat komissiyası yaradılacaq. Nazir Füzuli Ələkbərovun bununla bağlı əmr verəcəyi gözlənilir. Bu barədə APA-ya məlumat verən Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü bildirib ki, tədqiqat komissiyası işçilərin hansı şəraitdə işə cəlb olunmaları, əmək müqavilələrin bağlanıb-bağlanmaması və digər məqamlarla əlaqədar araşdırma aparacaq. Təxminən 20 gün davam edəcək araşdırmanın nəticəsindən asılı olaraq xəsarət alan və ölən işçilərin ailələrinə kompensasiyanın verilib-verilməməsi də müəyyənləşəcək. Xəsarət alan fəhlələrə kompensasiya tibbi-sosial ekspert komissiyalarının rəyindən asılı olaraq təyin edilə bilər. N. Şükürlü deyib ki, istehsalat zamanı ölən işçinin ailəsinə kompensasiya onun aylıq əməkhaqqı məbləğində, övladı 18 yaşa çatana kimi verilir. Uşaq təhsil aldıqda kompensasiya o 23 yaşına çatana qədər ödənilir. Uşağı olmayan fəhlələrin isə valideynlərinə - əmək qabiliyyəti olmayan 57 yaşdan yuxarı qadınlara, 62 yaşdan yuxarı kişilərə verilir. Hazırda “Mütəffəkir” MTK ilə bağlı aşdırmaların davam etdiyini söyləyən N. Şükürlü əlavə edib ki, binada xəsarət alanların çox az hissəsinin əmək müqaviləsi əsasında işləyən işçilər olduğu güman olunur: “Bizdəki ilkin məlumatlara görə, “Mütəffəkir” MTK əmək müqaviləsi ilə də işçi cəlb edib. Ancaq belə işçilər olubsa da, çox az, yəni o binanın həcminə uyğun gəlməyən sayda ola bilər. Biz bu araşdırmaları yekunlaşdırıb MTK-nın öz işçilərini və fərdi qaydada təmirlə məşğul olan insanların sayını müəyyənləşdirdikdən sonra real mənzərəni ortaya qoya bilərik. Ancaq işçi əmək müqaviləsi ilə işləməyibsə, bu, o demək deyil ki, həmin işçilər tamamilə kənarda qalmalı və onlara heç bir ödənc ödənilməməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR