Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş binanı inşa edən “Mütəfəkkür” MTK-nın saxlanılan rəhbərləri haqqında 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib

Azərbaycan paytaxtında uçmuş binanı inşa edən “Mütəfəkkür” MTK-nın saxlanılan rəhbərləri haqqında 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib
# 31 avqust 2007 14:02 (UTC +04:00)
Məhkəmədəki mənbələrdən APA-ya bildirilib ki, Bakı şəhər Prokurorluğunun təqdimat əsasında keçirilən prosesdə “Mütəfəkkür” MTK-nın baş direktoru Əli Muradov, mühəndis Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 222.2 və 222-1.2 (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) maddələrinin əlamətləri ilə cinayət işi başlanıb, prokurorluğun və FHN, DİN nümayəndələrindən ibarət əməliyyat-istintaq qrupu yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR