Bank Of Baku

“Mercedes” ərlə arvadı vurub

“Mercedes” ərlə arvadı vurub
# 31 avqust 2007 14:32 (UTC +04:00)
Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 30-da saat 22:30 radələrində rayonun Təzə Alvadı kəndində Lənkəran rayon sakini Fərhad Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomaşınla kənd sakinləri Səfail Kərimovu və onun həyat yoldaşı Səkinəni vurub. Nəticədə S. Kərimov və Səkinə hadisə yerində keçinib. Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.
Dəvəçi rayonunun Gəndov kəndində isə Xaçmaz şəhər sakini Samir Abbasov idarə etdiyi “Mercedes” markalı avtomaşını dirəyə vurub. Bu zaman avtomaşında yanğın baş verib. Nəticədə avtomaşının yanar konstruksiyaları yanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR