Bank Of Baku

Özünü Mənzil Kommunal İstismar Sahəsinin işçisi kimi təqdim etməklə rüşvət tələb edən şəxs yaxalanıb

Özünü Mənzil Kommunal İstismar Sahəsinin işçisi kimi təqdim etməklə rüşvət tələb edən şəxs yaxalanıb
# 31 avqust 2007 15:08 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhər sakini Fəyyaz Ağaşirinovu saxlayıb. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Ağaşirinov özünü Xətai rayonundakı 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçisi kimi təqdim edərək, 3-cü Alatava küçəsi, ev 91-də yaşayan Qəhrəman Zeynalovdan X. Məmmədov küçəsindəki 41 saylı evin zirzəmisinin 50 kv. m sahəsinin ona məxsus olduğunu bildirərək 4 min dollar pul alıb və əlavə 2 min dollar pul tələb edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində F. Ağaşirinov Q. Zeynalovdan 2 min dollar pul alarkən tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR