Bank Of Baku

Adil Əliyev: “Bəlkə xəbərim olmadan məni “Neftçi” klubunda tutduğum vəzifədən azad ediblər?”

Adil Əliyev: “Bəlkə xəbərim olmadan məni “Neftçi” klubunda tutduğum vəzifədən azad ediblər?”
# 01 sentyabr 2007 10:13 (UTC +04:00)
“Vlastimil Petrjela ilə danışıqlarda mən iştirak etməmişəm. Eşitdiyimə görə, Petrjelanın “Neftçi”yə baş məşqçi təyin olunması ilə bağlı danışıqları şəxsən klub prezidenti Rövnəq Abdullayev aparıb. Başqa heç bir şəxsin müdaxiləsi olmayıb”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti, millət vəkili Adil Əliyev deyib. A.Əliyevin sözlərinə görə, çexiyalı Vlastimil Petjelanın “Neftçi”yə baş məşqçi təyin olunduğu ərəfədə Azərbaycanda olmadığından, bu məsələdən xəbəri olmayıb. Yeni təyinatı müsbət dəyərləndirən klub rəsmisi əvvəlki baş məşqçi Qurban Qurbanovla müqayisədə V.Petrjelanın dünya səviyyəli mütəxəssis olduğunu vurğulayıb: “Yaxşı ki, Qurbanovu yerli mütəxəssis əvəz etməyib”. Millət vəkili Q.Qurbanovun idman direktoru vəzifəsinə keçirilməsindən sonra komandada digər rəsmilərin tutduqları vəzifəyə yenidən baxılmasına da münasibət bildirib: “Bəlkə xəbərim olmadan məni tutduğum vəzifədən azad ediblər? Bu haqda heç nə bilmirəm. Amma mən yəqin ki, klubda vitse-prezident kimi fəaliyyət göstərirəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR