Bank Of Baku

Avtomobildən oğurluq etmiş şəxsdən narkotik maddə tapılıb

Avtomobildən oğurluq etmiş şəxsdən narkotik maddə tapılıb
# 01 sentyabr 2007 10:48 (UTC +04:00)
Nərimanov rayonu ərazisində avtomobildən oğurluq etmiş şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 30-da Nərimanov rayonu ərazisində, Z. Bünyadov prospektində Sumqayıt şəhər sakini Akif Mirzəyevə məxsus “QAZ-3302” markalı avtomaşından maqnitofon oğurlanıb. Nərimanov RPİ-nin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Gürcüstan vətəndaşı Tahir Bayramov tutulub. Ondan 0,252 qram heroin götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR