Bank Of Baku

8 il axtarışda olan şəxs həbs edilib

8 il axtarışda olan şəxs həbs edilib
# 01 sentyabr 2007 11:17 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94, 145 və 220-ci (qəsdən adam öldürmə, quldurluq və qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə Binəqədi RPİ tərəfindən axtarışda olan İlqar Novruzov tutulub. Onun evinə baxış zamanı 1 ədəd “Makarov” tapançası, 1 ədəd qumbara, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR