Bank Of Baku

Ağstafada qaz doldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı 4-ə çatıb

Ağstafada qaz doldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı 4-ə çatıb
# 03 sentyabr 2007 07:38 (UTC +04:00)
Respublika Yanıq Mərkəzinə gətirilən yaralının həyatını xilas etmək mümkün olmayın. Seymur Aşurov dünən səhər Ağstafanın Qıraq Kəsəmən kəndində torpağa tapşırılıb. Qeyd edək ki, hadisə zamanı Mahmudova Afina Qələndər qızı (1956) avqustun 29-da, Musayeva Şəlalə Yusif qızı (1983) və Qasımova Tamella Həmzə qızı (1946) isə avqustun 30-da dünyasını dəyişiblər. Hazırda Ağstafa rayon mərkəzi xəstəxanasında partlayış zamanı yaralanmış iki yaralı həkim nəzarəti altındadır. Bunlardan İsgəndər Pənahova hadisədən sonra ilkin tibbi yardım göstərilərək evə buraxılsa da, sonradan vəziyyəti ağırlaşan yaralı yenidən xəstəxanaya gətirilib. Yaralılardan Kamran Mikayılov isə hazırda Respublika Yanıq Mərkəzində müalicə olunur. Qeyd edək ki, avqustun 29-da 10:30 radələrində Ağstafa rayonunda yerləşən qaz doldurma məntəqəsində partlayış baş verib. Partlayış nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə maye qaz doldurma məntəqəsində kiçik həcmli qaz balonu doldurulan zaman baş verib. Ağır yanıq xəsarəti almış şəxslər Ağstafa və Qazax rayon xəstəxanalarına yerləşdirilib. Baş vermiş hadisə ilə əlaqədar Ağstafa rayon prokurorluğu tərəfindən 29 avqust 2007-ci il tarixdə Cinayət Məcəlləsinin 223.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmuş partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) cinayət işi başlanıb. Faktla bağlı Ağstafa rayon bələdiyyəsinin sədri Çingiz Qurbanov və maye qazdoldurma məntəqəsinin sahibi Rəhim Kərimov saxlanıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR