Bank Of Baku

Hazırda dağıntılar altında 11 nəfərin qaldığı ehtimal edilir

Hazırda dağıntılar altında 11 nəfərin qaldığı ehtimal edilir
# 03 sentyabr 2007 09:43 (UTC +04:00)
Dağıntılar altından indiyə qədər 15 cəsəd çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib. Onun sözlərinə görə, FHN əməkdaşları hələ də xilasetmə işlərini davam etdirir. O, xilasetmə işlərində ağır texnikadan və canlı qüvvədən istifadə olunduğunu
deyib: “Xilasetmə işləri mərhələli şəkildə aparılır. Ağır texnika dağıntının bir hissəsini təmizlədikdən sonra canlı qüvvə axtarışlara başlayır, cəsəd aşkar olunduqda isə çıxarılır”.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər yaralanıb, 15 nəfərin cəsədi çıxarılıb, daha
11 nəfər isə itkin düşmüş sayılır. Sonuncu cəsəd dünən günorta saatlarında dağıntılar altından çıxarılıb. Məhkəmə Tibb Ekspertizası onun 1948-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Aslanov Cəmil Təmil oğlu olduğunu müəyyənləşdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR