Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin ərazisindəki partlamamış hərbi sursatların təmizlənməsi başa çatdırılıb
04 sentyabr 2007 09:27 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin struktur vahidi olan Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin ərazisinə yığılmış partlamamış hərbi sursatların (PHS) təmizlənməsini başa çatdırıb. ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin ərazisinə partlamamış və zərərsizləşdirilməmiş müxtəlif növ hərbi sursat tullantıları 1992-1995-ci illərdə dəmir tullantıları adı altında yığılıb. ANAMA tərəfindən aparılan əməliyyatlar nəticəsində orada yığılan 6100 partlamamış hərbi sursat standartlara uyğun zərərsizləşdirilmək üçün agentliyin Saloğludakı bazasına göndərilib. /APA/
Hadisə
Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib
11:42
6 may 2024
Yol polisi hava şəraiti ilə bağlı müraciət edib
11:34
6 may 2024
DİN: Ötən ay 6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb
11:29
6 may 2024
Şəmkirdə toyda qətl törətməyə cəhdə görə tutulan yeniyetmənin məhkəməsi başlayır
11:26
6 may 2024