Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş binanın ətrafında dezinfeksiya işləri aparılır

Azərbaycan paytaxtında uçmuş binanın ətrafında dezinfeksiya işləri aparılır
# 04 sentyabr 2007 13:14 (UTC +04:00)
Bakının Yasamal rayonunda uçan binanın ətrafında lazımi dezinfeksiya işləri aparılır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə baş həkim müavini Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, dezinfeksiya işləri sanitar maşınlarla həyata keçirilir: “Hər bir meyit ailəsinə təhvil verildikdən sonra onların daşındığı sanitar maşınlar dezinfeksiya olunur. Hadisə baş verən zonada hər bir şey nəzarət altındadır, ətraf mühit üçün heç bir təhlükə gözlənilmir. Dağıntılar tam təmizləndikdən sonra ərazidə geniş dezinfeksiya işləri aparılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR