Bank Of Baku

Naxçıvanda bilet tapa bilməyən sərnişinlər Bakıya İran ərazisindən keçməklə getməyə məcbur olub

Naxçıvanda bilet tapa bilməyən sərnişinlər Bakıya İran ərazisindən keçməklə getməyə məcbur olub
# 04 sentyabr 2007 13:29 (UTC +04:00)
APA-nın Naxçıvan bürosunun məlumatına görə, sıxlıqla əlaqədar bilet ala bilməyəcəyinə görə onlarla sərnişin Culfa rayonundan İrana keçib, oradan da Astara yolu ilə Bakıya gedib. Naxçıvan Hava Limanında isə gərginlik artmaqdadır. Aviakassadan sentyabrın 15-dək bütün reyslər üçün biletlərin satıldığı bildirilir. Hava limanında biletlər ən yaxşı halda bir neçə gündən sonraya satılır. Sərnişin salonunda günlərlə gözləyən sərnişinlər var. Sərnişinlərin fikrincə, gərginliyi aradan qaldırmaq üçün gündəlik həyata keçirilən 6 reysdən başqa, “Tu-134” markalı təyyarələrinin əlavə reyslər kimi hər gün xəttə buraxılması yaxın 10 gün ərzində problemin aradan qaldırılmasına imkan verməyəcək. Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Dövlət Konserni mövcud gərginliyi aradan qaldırmaq üçün avqustun sonlarından Bakı-Gəncə-Bakı istiqamətində uçuşları dayandıraraq, Bakı-Naxçıvan-Bakı istiqamətinə yönəldib. Əlavə 2 reys “Tu-134” tipli təyyarələrlə həyata keçirilir. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR