Bank Of Baku

Gəncədə hərbi şəhərciklərdən birində yanğın baş verib

Gəncədə hərbi şəhərciklərdən birində yanğın baş verib
# 04 sentyabr 2007 15:49 (UTC +04:00)
Dünən axşam 22:23-də Gəncədəki hərbi şəhərciklərdən birində yanğın baş verib. Yanğın nəticəsində şəhərcikdə yerləşən 13 nömrəli həyət evinin təxminən 50 kvadrat metr sahəsi yanıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş yanğınsöndürən maşınların köməkliyi ilə baş vermiş yanğını saat 23:05-də söndürmək mümkün olub. Mənzil əsasən taxta materialdan tikildiyindən yanğın sürətlə yayılıb və mənzilə ciddi ziyan dəyib. Yanğının mətbəxində qızdırıcı cihazın uzun müddət xəttə qoşulmuş vəziyyətdə qalmasından qaynaqlandığı ehtimal olunur.
Yanğınla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR