Bank Of Baku

Yardımlıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Yardımlıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 04 sentyabr 2007 16:18 (UTC +04:00)
Bu gün saat 16.00 radələrində Yardımlı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya məlumat verən Yardımlı rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli hadisənin Yardımlıdan rayonun Şəfəq kəndinə gedən yolda baş verdiyini bildirib. Polis rəisinin sözlərinə görə, 1968-ci il təvəllüdlü Yardımlı rayon sakini Zaman Adıyevin idarə etdiyi “VAZ-2121 Niva” markalı 10 HC 807 dövlət nömrəli nişanlı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Z. Adıyev və 1963-cü il təvəllüdlü Nazənin Qurbanova, 1992-ci il təvəllüdlü Elnur Adıyev, 1994-cü il təvəllüdlü Çinarə Adıyeva və 1995-ci il təvəllüdlü Murad Rzabəyli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yardımlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan N. Qurbanova koma vəziyyətindədir. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR