Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş hündür mərtəbəli binanın dağıntıları altından ötən gecə Məhərrəmov Cahan Mülkədar oğlunun cəsədi çıxarılıb

Azərbaycan paytaxtında uçmuş hündür mərtəbəli binanın dağıntıları altından ötən gecə Məhərrəmov Cahan Mülkədar oğlunun cəsədi çıxarılıb
# 05 sentyabr 2007 07:01 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, bütün gecə boyu xilasetmə işlərini davam etdirən Fövqəladə hallar Nazirliyinin xilasediciləri cəsədi saat 3.15 radələrində çıxarıblar. Çıxarılmış cəsədin kimliyi də artıq müəyyənləşdirilib. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizasından APA-ya verilən məlumata görə, bu, 1964-cü il təvəllüdlü Məhərrəmov Cahan Mülkədar oğludur. O, tikintidə krançı işləyib. Bununla, dağıntılar altından çıxarılan cəsədlərin sayı 16-ya çatıb. Daha 10 nəfərin cəsədinin dağıntılar altında qaldığı ehtimal olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR