Bank Of Baku

Lənkəranda iki bədbəxt hadisə qeydə alınıb

Lənkəranda iki bədbəxt hadisə qeydə alınıb
# 05 sentyabr 2007 09:23 (UTC +04:00)
Lənkəranda iki bədbəxt hadisə qeydə alınıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Rayonlararası Məhkəmə Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisi Rafiq Əliyev məlumat verib. Onun sözlərinə görə, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1995-ci il təvəllüdlü Məqsəd Abuzər oğlu Seyfullayev meşədə odun doğrayarkən ağacdan yıxılıb. Ağır kəllə-beyin travması alan M. Seyfullayev dünyasını dəyişib.
Digər bədbəxt hadisə isə Lənkəran rayonunun Vilvan kəndində baş verib. 1978-ci il təvəllüdlü Zamiq Mərifət oğlu Rəhimov yaşadığı evin eyvanından yıxılaraq ölüb. Z. Rəhimov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR